Ukraynanın Xerson vilayətində Rusiyanın nəzarətində olan Nova Kaxovka SES bəndinin vurulmasının görüntüləri ortaya çıxıb.
Medianews.az xəbər verir ki, hücumdan sonra bənd yaxınlığında evakuasiyalara başlanıldığı bildirilir və növbəti saatlarda suyun səviyyəsinin kritik həddə çata biləcəyi xəbərdarlığı edilir.
Səlahiyyətlilər bəndin dağılması səbəbindən 80-ə yaxın yaşayış məntəqəsinin təsir altına düşə biləcəyini bildirib. Hadisə ilə bağlı Ukrayna lideri Vladimir Zelenski fövqəladə iclas keçirmək qərarına gəlib.
Onu da qeyd edək ki, hadisə ilə əlaqədar Ukrayna Baş Prokurorluğunda cinayət işi açılıb. Bildirlir kiŞ ekosid, müharibə qaydalarının pozulması faktları üzrə ittiham irəli sürülüb.
Medianews.az