Bir neçə dəqiqə əvvəl hələlik kimliyi məlum olmayan şəxs metronun Koroğlu stansiyası yaxınlığındakı “intihar körpüsü”nə çıxaraq özünü oradan atmaq istəyini nümayiş etdirib.
Medianews.az xəbər verir ki, hazırda bu körpüdə bir sakin inithara cəhd edir. Bu əraziyə polis nəzarəti artırıb. “Koroğlu” stansiyanın yaxınlığındakı asma körpü Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.