Avtomobil almaq istəyən şəxs dələduzların tələsinə düşüb.
Medianews.az xəbər verir ki, ucuz qiymətə maşın almaq istəyərkən aldadılan Mehmet Süt başına gələnləri “Show Haber”-ə danışıb.
Məlumata görə, bir elanda 840 min TL olan nəqliyyat vasitəsinin başqa bir elanda 685 min TL-yə satıldığını görən Mehmet ucuz olan elana üz tutub. Özünü serjant kimi təqdim edən dələduz avtomobilin əsl sahibi ilə də əlaqə saxlayıb. Satıcını alıcıya “dayım” deyə təqdim edən dələduz alıcını da “komandir” deyərək satıcıya təqdim edib.
Avtomobili mütəxəssisə göstərən Mehmet Süt, daha sonra maşını almaq üçün 670 min TL pul göndərib. Bankın 200 min TL-ni bloklaması ilə fırıldaqçıya 470 min TL qapdırdığını anlayan alıcı prokurorluğa gedərək bu barədə şikayət edib.
Medianews.az