Türkiyənin Kocaeli vilayətində 17 yaşlı şagirdini dərsə qulaq asmadığı və nizamı pozduğu səbəbi ilə döyən müəllim ilk dəfə hakim qarşısına çıxıb.
Medianews.az xəbər verir ki, ittihamları qəbul etməyən müəllim müdafiə çıxışı ilə hakimləri təəccübləndirib.
“M.H.Y. davamlı olaraq şagirdlərlə danışır, telefonla oynayırdı. Xəbərdarlığıma baxmayaraq, danışmağa davam edərək dərsə müdaxilə etdi. Zarafat olaraq şagirdin başına bir neçə dəfə vurdum”, -deyə müəllim bildirib.
Qeyd edək ki, sözügedən hadisə 2022-ci ilin mart ayının 21-də baş verib.
Medianews.az