Saxta Putin hərbi vəziyyət elan edib.
Medianews.az xarici mediaya istinadla bildirir ki, bəzi televiziya və radio kanallarında Rusiya prezidenti Vladimir Putinin deepfake texnologiyası ilə hazırlanmış videosu yayımlanıb.
Xalqa müraciət videosunda saxta Putin hərbi vəziyyət və hərbi səfərbərlik elan edib.
Ukraynanın üç sərhəd bölgəsini işğal etdiyini deyən yalançı Putin bu bölgələr üçün də boşalma çağırışı edib.
Rusiyanın ictimai yayımı olan “Mir”in mətbuat xidməti TASS agentliyinə bildirib ki, yarım saatdan bir qədər çox müddətə radio və televiziya kanalları qanunsuz olaraq kəsilib.
Sözügedən yayımdan sonra açıqlama verən Kreml, görüntülərin tamamilə Putinə aid olmadığını açıqlayıb. Kremlin sözçüsü Dmitriy Peskov insidenti “hakerlərin əməliyyatı” kimi qiymətləndirib və araşdırmaya başlanıldığını açıqlayıb.
Medianews.az