Alyaskada müəmmalı şəkildə üç nəfərin cəsədi tapılıb.
Medianews.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb .
Məlumata görə, 34 yaşlı qadın yelkənli qayığında tanışının cəsədini aşkar edib.
Eyni gün polisə zəng edən şəxs qayığında 28 yaşlı sevgilisinin cəsədini tapdığını bildirib.
Hadisə yerinə gələn polis həmin gün ayrı -ayrı qayıqlarda 3 insanın öldüyünü aşkar edib.
Ölənlərdən biri daha əvvəl ilk insident barədə məlumat verən 34 yaşlı qadındır. Polis qəribə ölümlərlə bağlı araşdırmalara başlayıb.
İlkin məlumatlara görə, cinayət əlaməti aşkar edilməyib.
Hər üç şəxsin narkotikdən öldüyü güman edilir.
Medianews.az