Dünən axşam saatlarında Şırnakın Cizre rayonunda dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, Şırnak valiliyində bir avtomobilə silahlı hücum olub.
Məlumata görə, Sur Mahallesi Aydınlık Prospektində avtomobildə yanğın baş verməsi nəticəsində hadisə yerinə xilasetmə qrupları və yanğınsöndürənlər cəlb olunub. Onlar maşında bir nəfərin yaralı olduğunu aşkar ediblər.
Avtomobildən çıxarılan yaralıya ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla Cizre Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaqda ölən şəxsin Mustafa Ərdəm olduğu və başından tapança ilə vurulduğu müəyyən edilib.
Hücum nəticəsində həyatını itirən şəxslə bağlı ilk istintaqda hadisənin terror hücumu kimi qiymətləndirildiyini bildirib.
hadisə ilə bağlı çoxölçülü araşdırmaların aparıldığı bildirilib.
Medianews.az