Bu görüntülər dünya mətbuatında manşet olub.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ əsilli Alessandro Biancardi bəşəriyyət tarixinə düşəcək bir hadisəyə imza atıb.
Alessandro sosial media hesabında İtaliyanın şimalındakı Po çayında ‘canavarı ələ keçirdiyini’ açıqlayıb:
“Onu ilk dəfə görəndə anladım ki, həqiqətən bir canavar tutmuşam, adrenalin bədənimə axmağa başladı və onu itirmək qorxusu məni az qala panikaya saldı”.
23 ildir ki, hobbi olaraq balıq tutduğunu bildirən Alessandro, ilk dəfə belə böyük bir canlı tutduğunu ifadə edərək, 2,8 metr uzunluğunda olan balığı düz 43 dəqiqəyə tutduğunu bildirib.
Alessandro hələ də balığın çəkisini ölçmədiyini mətbuatla bölüşüb. Mövzu ilə bağlı açıqlamalar verən Beynəlxalq Balıq Dərnəyi onun dünya rekordu qırdığını ifadə edib..
Beynəlxalq Oyun Balıqları Assosiasiyasının (IGFA) məlumatına görə, 2005-ci ildə tutulan ən ağır balıq 40 kiloqram ağırlığında idi. Bakerin tutduğu balıq isə illər sonra rekord qırdı.
Medianews.az