Sosial media hesabında yayılan bu görüntülər səs-küyə səbəb olub.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, polşalı bir cütlüyün Kolumbiyada tətili zamanı məruz qaldığı dəhşətli hücum sosial mediada reaksiyalara səbəb olub.
Polşalı cütlük tətil üçün getdikləri Cənubi Amerika ölkəsi Kolumbiyada dəhşət yaşayıb.
Təhlükəsizlik səbəbiylə adları açıqlanmayan gənc cütlük Kolumbiyanın Medellin şəhərində gəzərkən hücumuma məruz qalıblar.
Gəzinti zamanı özlərini lentə alan cütlük əllərindəki kamera sayəsində hücum anını dəqiqə-dəqiqə çəkə bilib.
Cütlük gəzərkən yerli dildə danışan təcavüzkar arxadan qaçaraq onlara hücum ediblər. Üzü açıq-aydın görünən kişi əlini qadının ağzına qoyaraq yerə yıxır, ortağı isə bıçaqla qadının ərinə hücum edir.
Onlar türislərin başına zərbələr endirib və pul kisəsini oğurlayıblar.
Beynəlxalq mediada yayılan bu görüntülər əslində Kolumbiya üçün görünməmiş bir vəziyyət deyil .
Səlahiyyətlilər 2023-cü ilin yanvar-aprel ayları arasında 300 oğurluq hadisəsi qeydə alıb.
Medianews.az