Kolumbiyanın cinayətləri ilə məşhur olan Medellin şəhərində mini ətəkli 3 qadın ingilis turistə hücum edərək onun mobil telefonunu qarət edib.
Medianews.az xəbər verir ki, ətrafdakıların çağırdığı polis hücum edənləri yaxalayıb və ingilis turistin oğurladığı malları geri qaytarıb.
Medellin merinin çağırışlarına baxmayaraq, 2023-cü ilin birinci rübündə şəhərdə turistlərdən 230 soyğunçuluq şikayəti daxil olub. Bu rəqəmlərdə ötən ilin eyni dövründə edilən soyğunlarla müqayisədə xeyli artım olduğu müşahidə edilib.
Medianews.az