Türkiyənin 13 universitetinə yeni rektor təyinatı olub.
Medianews.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Həmin qərar “Resmi Gazete”də dərc olunub.
Qərara görə, Afyon Kocatepe Universitetinə Prof. Dr. Mehmet Karataş, Biruni Universitetinin rektor vəzifəsinə Dr. Adnan Yüksel, Burdur Mehmet Akif Ersoy Universitetinə Dr. Hüseyn Dalqar, Bursa Uludağ Universitetinin rektoru vəzifəsinə Prof. Dr. Feridun Yılmaz, Çanaqqala Onsekiz Mart Universitetinin rektoru vəzifəsinə Dr. Ramazan Cüneyt Erenoğlu, Çankaya Universitetinin rektoru vəzifəsinə Prof. Dr. Hadi Hakan Maraş, Qalatasaray Universitetinin rektoru vəzifəsinə Dr. Abdurrahman Muhammed Uludağ, İstanbul Beykent Universitetinin rektoru vəzifəsinə Dr. Volkan Öngel, İstanbul Ticarət Universitetinə rektoru Prof. Dr. Ömər Torlak, İzmir İqtisadiyyat Universitetinin rektorluğuna Prof. Dr. Yusuf Hakan Abacıoğlu, Munzur Universitetinin rektoru vəzifəsinə Prof. Dr. Kenan Peker, Muş Alparslan Universitetinin rektoru vəzifəsinə Dr. Mustafa Alican, Van Yüzüncü Yıl Universitetinin rektoru Prof. Dr. Həmdullah Şevli təyin edilib.
Medianews.az