Rusların agent şəbəkəsi ifşa edilib.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) üç əməkdaşını həbs etdiyini açıqlayıb .
Bildirilib ki, sözügedən şəxslər Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının göstərişi ilə casusluq ediblər və Müdafiə Qüvvələrinin, xüsusən də orta və cənubda yerləşən mövqeləri, silahları və şəxsi heyəti haqqında kəşfiyyat məlumatları toplayıblar.
“Bunun üçün düşmən agenti mağazaların və yaxınlıqdakı digər binaların pəncərələrindən Ukrayna obyektləri və onların ətrafının foto və videolarını çəkib. Eyni zamanda onlar işğalçılar üçün müdafiə sərhədlərinin planlarını tərtib edib və şəhərdə texnika və sursatların saxlanması üçün yerləri müəyyənləşdirib. Agentlər kəşfiyyat məlumatları toplamaq üçün işsiz adam adı altında hərəkət ediblər. Xüsusilə, onlar vaxtaşırı kritik obyektlərin yaxınlığında və ya ərazisində fəhlə kimi iş tapırdılar”, – məlumatda deyilir.
Medianews.az