Mühafizəçini öldürüb, maşını yandırdılar.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Türkiyənin Şırnak bölgəsində baş verib.
Belə ki, mühafizəçi avtomobilində naməlum şəxs və ya şəxslər tərəfindən hücuma məruz qalıb.
Başından tapança ilə vurulan mühafizəçinin daha sonra avtomobili də yandırılıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər maşında yaralının olduğunu görüb təcili tibbi yardıma xəbər veriblər.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Polis şübhəli və ya şübhəlilərin həbsi üçün əməliyyatlara başlayıb.
Hadisənin terrorla əlaqəsi olub-olmadığı araşdırılır.
Medianews.az