70 yaşlı kişinin cəsədi il yarım sonra evində tapıldı. Hadisə ölkənin gündəminə çevirildi.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Almaniyanın Xemnits şəhərində qeydə alınıb.
Belə ki, mənzildə tək yaşayan yaşlı kişinin evindən qəribə qoxular gəlməyə başlayıb. Qonşular şübhələnib və aidiyyəti qurumlara məlumat veriblər.
Evə gələn polislər qapını döysə də, içəridən cavab gəlməyincə onlar qapını sındıraraq içəri daxil olub. Evə daxil olan polislər şok mənzərə ilə qarşılaşıblar. Pis iydən evə güclə daxil olan səlahiyyətlilər adamın cansız bədəninin divanda çürüdüyünü görüblər.
Araşdırmalar nəticəsində məlum olub ki,70 yaşlı kişi 1,5 il əvvəl divanda ölüb. Yaxınları olmadığından onun ölümündən heç kimin xəbəri olmayıb.
Medianews.az