3 yaşlı uşaq ilan balasını çeynəyərək öldürüb.
Medianews.az xəbər verir ki, hadisə Uttar Pradeş ştatının Farrukhabad rayonunda baş verib.
Məlumata görə, azyaşlı uşaq çöldə oynayan zaman kolluqdan çıxan ilanı tutub. Oğlan ilanı tutandan sonra onu çeynəməyə başlayıb. Valideynləri onun qışqırıq səsini eşidərək nə baş verdiyini öyrənmək üçün yanına gəliblər. Onlar ağzında ilan olan uşaqlarını görəndə dəhşətə gəliblər. Uşağın ağzından ilanı çıxaran valideynlər onu xəstəxanaya aparıblar.
Müayinə edilən uşağın vəziyyətinin yaxşı olduğu öyrənilib.
Medianews.az