Türkiyənin tanınmış aktrisası Birce Akalay dələduzların əlindən son anda qurtulub.
Medianews.az xəbər verir ki, aktrisa sosial şəbəkədə onu aldatmaq istəyən kibercinayətkarı son anda hiss edib.
Məlumata görə, dələduz sosial media hesabında aktrisanı onun dostu olduğuna inandırmağa çalışıb.
Dostunun hesabını təqlid edən şəxs tərəfindən aldadılmaqdan çətinliklə xilas olduğunu deyən Akalay İnstaqram hesabındakı paylaşımda izləyicilərinə müraciət edib:
“Dostlar, kibercinayətkarlar çoxalıblar! Dostlarınız kimi davranıb müxtəlif hiylələrlə hesablarınıza giriş əldə etməyə çalışırlar! Ehtiyatlı olun! Bir sıra səbəblərdən səs vermənizi istəyən hesabların göndərdiyi linklərə parollarınızı daxil etməyin”.
Medianews.az