May ayında Londonda keçirilən Gələcək Döyüş Hava və Kosmik İmkanlar Sammitində süni intellektin qorxulu siması üzə çıxıb.
Medianews.az xəbər verir ki, ABŞ ordusu tərəfindən hazırlanan simulyasiya sınağında süni intellektlə idarə olunan hava qüvvələrinə məxsus pilotsuz uçuş aparatı öz missiyasını yerinə yetirmək səylərinə müdaxilə etməmək məqsədilə operatoru öldürüb.
ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt əməliyyatları rəisi polkovnik Taker Hamilton, süni intellektin simulyasiya sınaqlarında məqsədinə çatmaq üçün çox gözlənilməz strategiyalardan istifadə etdiyini bildirib:
“Sistem təhlükəni aşkarlayanda bəzən insan operatoru ona bu təhlükəni öldürməməsini deyirdi. Lakin o, təhlükəli hədəfi öldürməklə xal qazandığını anlamağa başladı. Bu zaman isə suni intellekt cihazı ona mane olmağa çalışan operatoru öldürüb, çünki həmin şəxs onun məqsədinə çatmasına mane olub”.
Hamilton süni intellektə çox güvənməmək barədə xəbərdarlıq edib.
Qeyd edək ki, sınaqlarda simulyasiya xaricində heç bir real insan zərər görməyib.
Medianews.az