Son mövsümü autsayderlər qrupunda yarışan “Sumqayıt” yeni mövsümə yeni heyətlə başlamaq istəyir.
Medianews.az-ın əldə etdiyi məlumata görə, “kimya”çıların kapitanı Vurğun Hüseynovla müqavilə artırılmayacaq.
Belə ki, Sumqayıt təmsilçisinin baş məşqçisi Samir Abbasov 35 yaşlı mərkəz müdafiəçisini sərəncamında görmək istəmir.
Abasovun gələcək planlarında yer almayan futbolçu özünə yeni klub axtarışına çıxacaq.
Qeyd edək ki, Hüseynovun “Sumqayıt”la müqaviləsi 30 iyunda başa çatır.