Cümə axşamı, 28 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Qarabağdan ABŞ-a “kəllə atan” separatçılar

Elşad Paşasoy
02/06/2023 10:57
46
BAXIŞ
FacebookTwitterTelegram

Əslində, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günündən yazmaq istəyirdim. Bir az fərqli formada…Bəzən gündəlik qayğılarımız içərisində unutduğumuz uşaq dünyasından yazılası o qədər mövzular var ki…Amma xəbərlərə göz gəzdirəndən sonra qeyri-ixtiyari mövzunun ruhu dəyişdi, uşaqlar bağışlasın, onların saf ürəyi genişdir…

Mövzunu körpələrimizin də ömrünə sarsıdıcı zərbələr vurmuş bədnam qonşularımızun cinayətləri ilə başlamaq istərdim. Bir qərinə boyunca nə qədər uşaqların həyatı yarıda qırıldı, müharibənin qurbanı oldu mələk balalar, Xocalıda 63 uşağın ömrü tamamlandı, yüzlərlə uşağın taleyi tar-mar oldu, Füzulidə öz həyətində oyuncağı ilə oynayarkən qanına bələndilər, Gəncədə şirin yuxudaykən mərmilərə tuş gəldilər…Saysız-hesabsız. Hələ Şəhidlər Xiyabanında uyuyan o, 5 yaşlı naməlum…körpə…Üstündən 31 il keçib, hələ də bir yaxını, əqrəbası tapılmayıb. Nəsillər yox oldu erməni vandalizminin tüğyan etdiyi dönəmlərdə…Hər iki valideynindən məhrum edilən 25 xocalılı uşaqlar vardı, indi onlar ailə sahibidirlər. Uşaqların taleyi ilə bağlı o qədər dəhşətli hekayələr var ki…Hələ 20 yanvar qırğınında Xəlil Rza demişkən, “nallı çəkməli” sovet əsgərlərinin qurşununa tuş gələnlər…Çiliklənən uşaqlıq xatirələri, daha nələr…

Bu gün şükranlıqla seyr edirik qarabağlı uşaqların ata-analarının, nənə-babalarının əlindən tutub görmədikləri yurdlarına qayıdışını. Sonuncu belə möhtəşəm kadrları 28 mayda, Laçın şəhərinə qayıdış səhnələrini izləyərkən gördük. Körpələrimizin gözləri də gülürdü…Bundan gözəl nə ola bilər? Körpələr gülür. Arzu-istəyimiz budur ki, heç olmasa bundan sonra uşaqlar şəhid olmuş atalarının başdaşına sarılıb, ürəyimizi parçalamasınlar…Sosial şəbəkələrdə o qədər belə kadrlar var ki…Heç olmasa bundan sonra…

Ara-sıra ermənilər də itkilərindən bəhs edir, atasız qalmış övladları haqda danışır, deyirlər. Təbii, insanıq, belə kadrlara sakit yanaşmaq olmur, biz onlar kimi nifrətlə bəslənməmişik, insanlıq əleyhinə cinayətlər törətmək üçün yaranmamışıq, analarımızın laylalarında filan millət sənin düşmənindir, xitabı olmayıb heç zaman. Erməni qadınlar isə övladlarını türkə nifrət ruhunda böyüdüblər və nəticəsini də görməkdədirlər. Heç olmasa bundan sonra ağılları başlarında gəlsəydi, düşmənçilik toxumu səpməyi yığışdırsaydılar…

Amma yox… Budur, elə 1 iyun günündə Qarabağda guya 30 min erməni uşağın yaşadığını və onların “genosid” təhlükəsi ilə üz-üzə qaldığını iddia edən üfunət dolu yazılar tirajlayırlar. Bir dəfə də özlərinə sual vermirlər ki, “ara, bizim hansı uşaq genosid olunub bu vaxtacan?” 2 yaşlı Zəhranın, 9 yaşlı Farizin uşaq ömrünə balta çalan erməni faşistləri Azərbaycan və Türkiyəni “ikinci genosid” hazırlığında ittiham edirlər. Hansı ki, iddia etdikləri “birinci genosid” olsaydı, bəlkə də bəşəriyyət xilas olardı bu üfunətdən, həm də Qafqaz bölgəsi hüzur içərisində yaşayardı…Lakin Türk heç vaxt günahsız insana, xüsusən də uşağa əl qaldırmayıb, düşmən tərəfdən də olsa…

Əgər Azərbaycanın Qarabağdakı mülki ermənilərlə bağlı hansısa pis niyyəti olsaydı, uşaqlar-həm də qızlar arasında Ermənistanda keçirilən futbol çempionatında iştirak edib, geri qayıdan “Dağlıq artsax” adlı komandaya görə cəza tədbiri görərdi. Erməni mediası əsas da verib. Sitat: “Dağlıq artsax futbol klubunun qızlardan ibarət komandası 2022-2023-cü il Ermənistan çempionatında ikinci yeri tutub”. Fotolar da yayımlanıb. Azərbaycanın qanunları idman müstəvisində də pozub, Ermənistandakı hansısa yarışa qatıldığına görə ən azı bu komandanın təşkilatçıları qolubağlı Bakıya gətirilə bilər. Amma Azərbaycan humanist dövlətdir, dumanda yolu azıb, Ermənistan ərazisinə keçən azərbaycanlı hərbçilərə işgəncə verib, kadrları internetdə yayan alçaq düşməndən fərqli olaraq!

96e890eecb2117b6ed1187e684079dec_6720695.jpg (387 KB)

Azərbaycan Prezidenti 28 mayda Qarabağdakı separatçılara da çox açıq şəkildə çıxış yolunu göstərdi. Faktiki olaraq əlisilahlı ermənilərə ultimatum verildi. Xatırladaq: “Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı lazım olan yerə göndərmişik. Ona görə yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Burda hər şey deyilib, bir kəlmə ilə Azərbaycanın nə qədər sülhpərvər dövlət olduğunun növbəti dəfə nümayişidir ən yüksək səviyyədə. Separatçılar onlara verilmiş son şansa görə Azərbaycana minnətdar olmalıdır…Amma onlar yenə də şivən salıblar. Hətta ABŞ-a (!) dil uzadıblar. Məsələnin məğzi bundan ibarətdir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Biz bu yaxınlarda Baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və Prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq”, – demişdi. O da bildirilmişdi ki, ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. “Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli üçün zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq”-Miller bildirmişdi.

Ağ Ev rəsmisinin Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında yerli sakinlərlə görüşündə Qarabağdakı separatçılara hansı halda amnistiya tətbiq edilə biləcəyini bəyan etməsini alqışlaması erməni quldurlarını narahat edib. Hətta özünü “xarici işlər nazirliyi” adlandırıb, nazirliklər cərgəsinə qoşulmağa çalışan qondarma qurum ABŞ-a kəllə atıb, bəyanat verib. Gülməlidir, amma nə edək, belə bi mundar tayfa ilə üz-üzə gəldiyimiz üçün davam edək. Oyuncaq qurum bildirir: “ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyanatında Azərbaycan prezidentinin 28 may 2023-cü il tarixli son bəyanatında Dağlıq Qarabağ sakinləri üçün amnistiya məsələsinə baxmağa hazır olması barədə dediklərini alqışlayır. Bu, dərin məyusluq və çaşqınlıq yaradır”.

Bundna əvvəl Rusiyaya qarşı bəyanatlar yaydılar, rus hərbçilərini Azərbaycanla üz-üzə qoymağa cəhd göstərdilər, əks halda, Qərbə üz tutacaqları ilə şantaj etməyə çalışdılar. Milçək vızıltısına bənzəyən səslərini kimsə eşitmədi, indi də ABŞ-a “etiraz bəyanatı” qəbul edirlər. ABŞ-ın son zamanlar birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə və qəbul etdiyi qərarlara hörmətlə yanaşması quldurları rahatsız edib. Hay həyasızlığı sərhəd tanımır, hətta okeanın o tayına da gedib çıxır.

e0881aa7347f1702a5542b53901da5a9.jpg (97 KB)

Bəlkə də ABŞ özünün “əkdiklərini yığır”. Qarabağ işğalda olduğu illərdə ABŞ-dan Qarabağdakı qondarma rejimə milyonlarla dollarlıq vəsait göndərildi, müxtəlif adlar altında, “humanitar” məqsədli, “mina təhlükəsizliyi” ilə bağlı…Hətta vəsaitin ümumi məbləğinin 2 milyard dolları keçdiyi barədə məlumat var. İndi Qarabağdakı separatçılar, terrorçular vaxtilə onları bəsləyənlərə dil uzadır və ya diş atır.

Yazının sonluğu uşaqlar mövzusundan kənara çıxdı. Amma çox da yox, məncə…Separatçılar, Qarabağda yaşayanlar öz uşaqlarını taleyini heç düşünmürlər…ABŞ-ın alqışladığı, Prezident Əliyevin amnistiya təklifini qəbul edib, xilas olmaq istəmirlərsə, deməli, uşaqlarını da mundar oyunlarına qurban verməyə hazırdırlar. Necə ki, bu günlərdə uşaqlar arasında atıcılıq dərslərinə başlayıblar: uşaqlara atəş açmağı öyrədirlər. Kimə qarşı? Bunu bilməyə nə var ki…

 

Tags: Müharibəqarabağ

DAHA ÇOX OXU

export

Humay Qədimova şəhid olan tələbəsini paylaşdı – FOTO

28/09/2023 16:50
export

Söyüdlüdəki zəhər məsələsinin ÜSTÜ AÇILDI

28/09/2023 16:46
Cəmiyyət

Şəhidlərimizin kredit borcları silinəcək

28/09/2023 16:44
export

Prezident Administrasiyasından Qarabağ erməniləri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

28/09/2023 16:42
export

Selçuk Bayraktar: “Xocalı faciəsi ürəyimizdə yara kimi qalmışdı”

28/09/2023 16:36
export

Azərbaycanda qadını şantaj edərək intihar həddinə çatdıran şəxs həbs olundu

28/09/2023 16:33

Xəbər lenti

Humay Qədimova şəhid olan tələbəsini paylaşdı – FOTO

28/09/2023 16:50

Söyüdlüdəki zəhər məsələsinin ÜSTÜ AÇILDI

28/09/2023 16:46

Şəhidlərimizin kredit borcları silinəcək

28/09/2023 16:44

Prezident Administrasiyasından Qarabağ erməniləri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

28/09/2023 16:42

Selçuk Bayraktar: “Xocalı faciəsi ürəyimizdə yara kimi qalmışdı”

28/09/2023 16:36

Azərbaycanda qadını şantaj edərək intihar həddinə çatdıran şəxs həbs olundu

28/09/2023 16:33

Xankəndiyə otuz ədəd iritutumlu avtobus yola salınıb

28/09/2023 16:31

Putin Kadırovu qəbul etdi: Bir ayda 3 dəfə öldü xəbəri yayılmışdı

28/09/2023 16:13

İrina Şeykin keçmiş sevgilisi tanınmaz halda – FOTO

28/09/2023 16:12

Əməliyyatdan qayıdan hərbçilərimiz belə qarşılandı – VİDEO

28/09/2023 16:09

“Vaqner”ə məxsus hərbi təyyarə qəzaya uğradı – 140 ölü

28/09/2023 16:07

Arayikin yeri bilindi – Keçmiş xunta başçısı bu şəhərdə gizlənir

28/09/2023 16:06

“Həyatdan nakam köçdü o da…” – Əməkdar artist

28/09/2023 15:47

Peskov: Putin Ermənistana səfər etmək niyyətində deyil…

28/09/2023 15:29

Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının açılışında olub

28/09/2023 15:08

Onlarla avtobus Ermənistandan Xankəndiyə YOLLANIR – SON DƏQİQƏ

28/09/2023 14:55

İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub

28/09/2023 14:47

Məğlub olmuşdular, təslim olmurdular – OLDULAR! – Rauf Arifoğlunun yazısı

28/09/2023 14:45

Lideri təhqir edən gəncə istənilən cəza BƏLLİ OLDU

28/09/2023 14:37

Azərbaycan XİN-dən Qarabağda yaşayan ermənilərə ÇAĞIRIŞ: “Evlərinizi tərk etməyin”

28/09/2023 14:29

SON DƏQİQƏ: Yevlaxda növbəti görüş gözlənilir

28/09/2023 14:24

Kənd ərazisində uçuş edən PUA VURULDU

28/09/2023 13:57

pulqabı manat

Bu şəxslərin maaşı 400 manatdan 2600 manata yüksəldi

28/09/2023 13:51

Natali Qule: “Evinə xoş gəldin, Qarabağ!” – VİDEO

28/09/2023 13:48

100-dən çox qəlpə yarası alan Xalq artisti: “Üzümə 27 tikiş vurulub” – VİDEO

28/09/2023 13:43

Qarabağ ermənilərindən ŞOK ÇAĞIRIŞ: Özünüzü güllələyin

28/09/2023 13:34

Erməni politoloq: “İrana ümid bəsləməməliyik”

28/09/2023 13:21

Məşhur türk seriallarının aktisası intihar etdi: Ölümü ilə bağlı sarsıdıcı məqam ortaya çıxdı – FOTO

28/09/2023 13:20

Tanınmış aktrisa həyata gözlərini yumdu – FOTO

28/09/2023 13:19

“Misli” SÜR-PRİZLƏR Mövsümü – İlk tirajın nəticələri

28/09/2023 13:15

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.