Ölü hesab edilən insan 33 ildən sonra evə qayıdıb.
Medianews.az xəbər verir ki, hadisə Hindistanda qeydə alınıb.
Belə ki, 75 yaşlı Hanuman Saini 1989-cu ildə itkin düşüb.
Onun sözlərinə görə, o , bütün bu illəri məbəddə ilahə “Mataji” yə sitayiş edərək keçirib.
“Meditasyonumu və ibadətimi başa vurduqdan sonra ilahə mənə evə qayıtmağımı söylədi və mən ailəmin yanına qayıtdım”.
Qeyd edək ki, onun beş övladı – üç qızı və iki oğlu var.
Medianews.az