ABŞ-da MMA döyüşçüsü Mayk Draqiç məktəbin qarşısında timsah yaxalayıb.
Medianews.az xəbər verir ki, həmin anların videosu sosial şəbəkədə böyük marağa səbəb olub.
Ətrafdakıların lentə aldığı hadisədə Draqiç xüsusi aparatla timsahın yanına gəlib. İnsanların qışqıra-qışqıra seyr etdiyi anların sonunda Draqiç əlindəki aparatı timsahın başına qoya bilib. Draqiç timsahı tutulduqdan sonra xilasedicilər heyvanı zərərsizləşdiriblər.
Medianews.az