Cümə, 29 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Yurd yerindən sürreal reportaj

Vahid Qazi
01/06/2023 08:48
50
BAXIŞ
FacebookTwitterTelegram

O gün telejurnalist Səadət Məmmədova məni evimizə qonaq apardı. Qəribə səslənir, bilirəm, amma doğru sözümdür, evimizdə onun qonağı oldum.

Dedi sən samovar qaynada-qaynada evinizdən, küçənizdən, şəhərinizdən danış, biz çəkək.

Nə iş idisə, iki dəfə cəhd elədim, qalaya bilmədim, samovar azca tüstülənib söndü. Niyə belə oldu, anlamadım, İsveçdə samovarı bir dəfəyə qalamağı öyrənmişəm. Dadıma operatorlardan biri çatdı.

Çayı isə özüm dəmlədim. 30 ildən sonra həyətimizdə, evimizin uçuq divarları arasında…

Çəkiliş gün boyu davam elədi. Səadət Məmmədova briqadası ilə işlərini görür, mənsə zamanın o üzünə – uşaqlıq çağına keçmişdim.

***

Operatorlar kameraları müxtəlif yerlərdə quraşdırıb çəkirlər. Jurnalist ağsaçlı müsahibinə suallar verir, o da danışır.

Mən də uşaqlıq illərindən boylanıb baxıram, amma o yaşlı müsahibin nə dediyini anlaya bilmirəm.

Öz işimin dalınca gedirəm – gah evimizin damına çıxıb Xıdırlı dağlarını seyr edirəm, gah da pəncərəmizdən küçəyə boylanıb gəlib-gedənə, maşınlara baxıram.

Sonra bacımla hovuzu doldurub sevimli oyunumuza başladıq. Çaydan qapaqlarından “gəmi” düzəldib döyüşdürdük. Mənim “gəmim” yenə döyüşdən qalib çıxdı, “düşmən gəmi”sini batırdı. Başqa bir oyunu pilləkəndə davam etdirdik, axırda yorulub oturduq, həmişəki kimi anamızın işdən gəlişini pilləkəndə gözlədik.

Darvazanın açılmasından bildim ki, gələn atamdır. Maşını içəri saldı. Təzə əkdiyi güllərin dibi qurumuşdu, gözü o saat aldı. Qoymazdı gülün dibi quruya. Şlanqı güllərə sarı çəkdi.

Evimizin kirayənişin qızları da dərsdən qayıtmışdılar. Otaqlarından piano səsi gəlirdi, Bethovenin “Ay işığı” sonatasıydı.

…Səadət Məmmədova ağsaçlı müsahibinə suallar verirdi…

Onları həyətimizdə qoyub, küçəyə çıxdım. Şəhəri gəzməyə getdim. Yorulanacan dolandım. Axşama doğru geri qayıtdım.

Şuşa dayanacağına çatmadan, “Köhnə hamam”ın tinindən sağa burulub küçəmizə yetişdim. Açıq pəncərədən bayıra axan hamam qoxusu burnuma dəydi. “Uçilişa”nın qızları ilə yenə üz-üzə gəlirik, saçımı qarışdırır, üzümə gülürlər.

Uşaqlarla milis küçəsində futbola bir azdan başlayacağıq.

Şahin təzə oyuncaqlarını küçəyə çıxarıb.

Sima xala oğlanlarının əlindən tutub şəhərə gəzməyə aparır.

Yolun o üzündə Qaçay əmi siqaret çəkir.

Açıq qapısından görünən həyətində Ələkbər əmi arvadı Marusya xalaya qızılgül yığır.

Ramiz həkimin balaca şıltaq qızı Elnarə qaça-qaça evlərinə gedir.

Rza yenə pəncərəni açıb, gitarasının səsi aləmə yayılır.

Çəpər qonşumuz Elza müəllimə məktəbdən dönür, üzündəki xoş təbəssümlə mənə salam verir.

Mənsə Tanrı dərgahına keçirəmmiş kimi səma rəngli darvazamızı açıb həyətimizə girirəm.

Nənəm eyvandakı uzun masanın o başında buğlanan samovardan çay süzür. Stəkana qonşu Ağca arvadın göndərdiyi builki qarağat mürəbbəsindən salıb qarışdırır. Hörümçək toru kimi dəqiq işlənmiş qırış sifətinə yaraşıq verən məhrəm gülüşlə “Çayını soyutma” deyir.

Çay içə-içə eyvandan baxıram.

Meşə kimi sıx həyətimizin ayağındakı hindən toyuğun qaqqıltısı həyəti başına götürüb. Demək, yumurtlayıb.

Alt evdə piano susub, indi növbə skripkanındır. Pərvanədir, Paqanininin “La Campanella”sını çalır.

…Səadət Məmmədova ağsaçlı müsahibinə sual verir:

– Evinizi necə xatırlayırsınız?

Vahid Qazi

DAHA ÇOX OXU

1-MANŞET

“Seçim Ermənistanındır” – İlham Əliyev

29/09/2023 16:26
1-MANŞET

Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları NƏZARƏT EDİR

29/09/2023 15:55
Cəmiyyət

Oktyabrda hava necə olacaq?

29/09/2023 15:37
Cəmiyyət

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət etdi

29/09/2023 14:50
1-MANŞET

“Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”

29/09/2023 14:24
1-MANŞET

Təcili Tibbi Yardım Stansiyası niyə ləğv olunur? – RƏSMİ AÇIQLAMA

29/09/2023 13:10

Xəbər lenti

“Seçim Ermənistanındır” – İlham Əliyev

29/09/2023 16:26

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10

Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları NƏZARƏT EDİR

29/09/2023 15:55

Oktyabrda hava necə olacaq?

29/09/2023 15:37

Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün…

29/09/2023 15:14

“Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq”

29/09/2023 15:09

Xankəndi yaxınlığındakı partlayışda ölənlərin sayı 170 nəfərə çatıb

29/09/2023 15:02

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət etdi

29/09/2023 14:50

Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar

29/09/2023 14:41

“Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”

29/09/2023 14:24

İlon Mask Bakıya gəlməkdən imtina etdi

29/09/2023 14:14

Şəhidlərimizə görə toyların keçirilməsinə qadağa qoyula bilər?

29/09/2023 14:04

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29/09/2023 14:02

İlham Əliyev: “Bərpa işlərinə 7 milyard dollar sərf edilib”

29/09/2023 13:57

Polislərimiz Xankəndidəki “məşhur” abidənin önündə – VİDEO

29/09/2023 13:56

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

29/09/2023 13:53

Azərbaycan Prezidenti və birinci xanım Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

29/09/2023 13:51

Namiq Qaraçuxurlu həbs edilib? – FOTO

29/09/2023 13:48

Aynurdan vəfat edən atası və bacısı ilə bağlı paylaşım

29/09/2023 13:46

“İnstagram” hesabı ələ keçirilən məşhur fenomen xəstəxanalıq oldu – VİDEO

29/09/2023 13:40

Yaşar Gülər Ermənistana XƏBƏRDARLIQ ETDİ

29/09/2023 13:30

Gülnarə Kərimova ilə bağlı yeni ŞOK MƏLUMATLAR – Bu cinayət təşkilatını idarə edirmiş

29/09/2023 13:27

Qadın yazıçı keçmiş ərini bıçaqlayaraq öldürdü – FOTOLAR

29/09/2023 13:15

Təcili Tibbi Yardım Stansiyası niyə ləğv olunur? – RƏSMİ AÇIQLAMA

29/09/2023 13:10

Yağış metro stansiyasını gölə çevirdi – ANBAAN VİDEO

29/09/2023 13:07

3 günlük körpəni xəstəxanadan qaçıran qadın belə tutuldu – VİDEO

29/09/2023 13:00

4 gündür axtarılan gənc qızın cəsədi və son məktubu TAPILDI – FOTO

29/09/2023 12:54

Putin onu əfv ETDİ – Sevgilisini parçalayaraq öldürən qatil niyə SƏRBƏST BURAXILDI?

29/09/2023 12:44

20 kilo arıqlayan məşhur aktrisa yeni görünüşü ilə hər kəsi ŞOKA SALDI

29/09/2023 12:36

Turistləri aldadan şəxslər SAXLANILDI – AXTARIŞLAR DAVAM EDİR

29/09/2023 12:35

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.