İstanbulda sürətlə ara küçəyə daxil olan avtomobil dəhşət saçıb.
Medianews.az xəbər verir ki, avtomobil sürücüsü 1-i uşaq olmaqla 3 nəfəri əzib.
Dəhşətli qəzadan sonra yaralılar xəstəxanaya aparılıb. Yaşananlar təhlükəsizlik kamerasına anbaan əks olunub.
Xəsarət alan 3 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralılardan ikisinin həyati təhlükəsi olmadığı bildirib. Digər yaralının isə vəziyyətinin ağır olduğu bildirlib.
Polis qruplarının hadisə ilə bağlı araşdırması davam edir.
Medianews.az