Çərşənbə axşamı, 26 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Azərxalça” ASC- nin xalçalarının ilk dəfə Latviyada sərgisinin açılışı olub – FOTO

XƏYALƏ
01/06/2023 15:11
142
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan, milli mənəvi irsimiz hesab olunan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə “Azərxalça” ASC-nin növbəti sərgisinin Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin dəstəyi ilə may ayının 31- də Latviyanın Liepaya şəhərində açılışı baş tutub. Xalçalarla yanaşı Azərbaycanın xalçaçılıq sənətinə həsr olunmuş foto sərgi və video çarxlar da təqdim olunub.

Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin, “Azərxalça” ASC, Liepaya Muzeyinin birgə təşkilatçılığı və Liepaya Şəhər Şurasının əməkdaşlığı ilə Latviyanın tanınmış Liepaya şəhər muzeyində açılan sərgi “Azərbaycan xalçaları. Keçmişlə müasirin sinergiyası” adlanır.

Azərbaycan xalçaları 2027-ci il üçün Avropanın mədəniyyət paytaxtı seçilən Liepaya şəhərində və ümumiyyətlə, Şimali Avropada ilk dəfə sərgilənib. Liepaya Muzeyinin kollektivi sərgiyə böyük maraq göstərmiş və sərginin ərsəyə gəlməsi üçün qısa zamanda lazımi şərait yaratmışdır.

Xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.

Sərgidə Liepaya şəhərinin meri Qunars Ansinş, Azərbaycan Latviyadakı səfiri Elnur Sultanov, “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov və muzeyin direktoru Datse Karkla sərginin açılışında çıxış ediblər.

Mer Qunars Ansinş bu hadisənin Liepaya şəhəri üçün əlamətdar hadisə olduğunu qeyd edərək, Azərbaycanın Liepayanın 2027-ci il üçün Avropa Mədəniyyət Paytaxtı namizədliyinə ilk dəstək verən xarici ölkə və tərəfdaş olduğunu xatırlatmış və bu kontekstdə Azərbaycan xalçalarının sərgisinin keçirilməsinin ilk tədbir olaraq böyük rəmzi məna daşıdığını vurğulamışdır.

Səfir E.Sultanov sərginin yerli ictimaiyyət üçün Azərbaycanın qədim mədəniyyəti və xalçaçılıq sənəti ilə yaxından tanış olmaq imkan yaratdığını və ikitərəfli əməkdaşlığa dəyərli töhfə verdiyini bildirmişdir.

Emin Məmmədov çıxışı zamanı “Azərxalça” ASC-nin tarixindən söz açıb. Bildirib ki, 20-ci əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. “Azərxalça” ASC -nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC – nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsilllərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.

Muzeyin direktoru Datse Karkla xalça sərgisinin Liepaya şəhərinin mədəni həyatında vacib hadisə olduğunu və Azərbaycan xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini qeyd edərək, nümayiş olunan xalçaların yerli ictimaiyyətdə və şəhərin qonaqlarında böyük maraq doğuracağının əminliyini bildrib.

Sərginin açılışında Liepaya və digər şəhər bələdiyyələrinin, mədəni, akademik dairələrin, mətbuat nümayəndələri, yerli ictimaiyyət və Azərbaycan icmasının üzvləri iştirak edib. Xalça sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Muzeydən verilən məlumata görə sərginin açılışında rekord sayda ziyarətçilər iştirak etmişdir.

Liepaya Muzeyində təşkil olunan sərginin qapıları bir ay ərzində xalçasevərlər üçün açıq olacaq, burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat verilir.

DAHA ÇOX OXU

export

“Doğulduğum Xankəndiyə gedib…” – Fəxrəddin Manafov

22/09/2023 18:39
export

“Ordumuz oğru kimi yox, namuslu vuruşdu” – Ramiz Rövşən – Video

22/09/2023 13:40
export

Tanınmış aparıcı: “Tarixi günlərdə çıxış etmək artıq alın yazıma çevrilib”

19/09/2023 18:59
Mədəniyyət

Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu- FOTOLAR

18/09/2023 15:55
export

Xalq artisti teatrın direktoruna səsləndi- Min kərə ayıb olsun

18/09/2023 13:51
Mədəniyyət

HACIBƏKTAŞIN İZİNDƏ…

07/09/2023 18:06

Xəbər lenti

“Mostbet” vətəndaşın udduğu 156 461 manatı ödəmir

25/09/2023 23:02

Qənirə Paşayevanın səhhəti ilə bağlı məlumat – Son dəqiqə

25/09/2023 22:15

Partlayışdan sonra Xankəndi xəstəxanasının önü – FOTO

25/09/2023 20:57

Azərbaycanda “TikTok” nə zaman açılacaq? – Rəsmi cavab

25/09/2023 20:42

AZTV-nin jurnalistinin sualı gündəm oldu – VİDEO

25/09/2023 20:41

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

25/09/2023 20:11

Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayışın GÖRÜNTÜLƏRİ – ANBAAN VİDEO

25/09/2023 19:42

Xankəndidə yanacaqdoldurma məntəqəsində partlayış – Yaralananlar var

25/09/2023 19:33

Toyda rəqs edən şəxs bəyi güllələyərək öldürdü – ŞOK VİDEO

25/09/2023 19:12

89 yaşlı məşhur aktrisa yıxılaraq ağır xəsarət aldı – Təcili əməliyyat olundu

25/09/2023 19:02

Türkiyə Prezidenti Naxçıvandan Ermənistana ÇAĞIRIŞ ETDİ

25/09/2023 18:58

İzmirdə ŞOK HADİSƏ: Ədliyyə binasının qarşısında 1 nəfəri güllələdilər – VİDEO

25/09/2023 18:55

“Tiktok”da tanış olduğu qızla danışdı, sonra anası ilə… – Şamaxıda ŞOK OLAY

25/09/2023 18:25

Volkan Bozkır İlham Əliyevi təbrik edib

25/09/2023 18:06

Prezident Administrasiyasından Xocalı görüşü ilə bağlı TƏCİLİ MƏLUMAT

25/09/2023 17:40

Əliyevlə Ərdoğan arasında maraqlı dialoq – VİDEO

25/09/2023 17:30

Ərdoğan Naxçıvanda Hüseyn Cavidin şeirini səsləndirdi – VİDEO

25/09/2023 17:28

SON DƏQİQƏ! Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı – VİDEO

25/09/2023 17:25

Ərdoğan Azərbaycan ordusunu TƏBRİK ETDİ

25/09/2023 17:05

Prezidentdən Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı VACİB AÇIQLAMA

25/09/2023 17:02

İlham Əliyevdən Qarabağla bağlı TƏCİLİ AÇIQLAMA

25/09/2023 16:58

İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilir

25/09/2023 16:37

Məşhur müğəni keçmiş əri tərəfindən döyülməsinin görüntülərini yaydı: “İntihar edəcəyəm” – ANBAAN VİDEO

25/09/2023 16:36

Oğul anasını küçənin ortasında vəhşicəsinə döydü – ŞOK SƏBƏB (VİDEO)

25/09/2023 16:24

Erməni Azərbaycan dilində ölkəmizdən vətəndaşlıq istədi – VİDEO

25/09/2023 16:10

Xatirə İslamın doğulduğu Xankəndi ilə bağlı arzusu – VİDEO

25/09/2023 16:09

Vitali Balasanyan azərbaycanlı olmaq istəyir

25/09/2023 16:02

Məktəbliyə zorakılıq edən xanım yeni vəzifəyə təyin olundu

25/09/2023 15:48

Kürdəmirdə evdə qaz balonu partlayıb, xəsarət alanlar var

25/09/2023 15:33

Oğluna protokol yazdığı üçün yol polisini söyən xanım sürücü HƏBS OLUNDU

25/09/2023 15:22

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.