Türkiyədə çəkilən bu görüntülər sosial mediada ciddi narazılıqlara səbəb olub.
Medianews.az xəbər verir ki, paylaşılan görüntülərdə toy zamanı stolun üstündə oynayan balaca qız izləyənləri qəzəbləndirib.
Sözügedən hadisə Türkiyənin Kayseri vilayətində çəkildiyi iddia edilib.
Ailə və Sosial Xidmətlər Nazirliyi Kayseri İl Müdirliyi vasitəsi ilə stolun üstündə oynayan qızın görüntüləri ilə bağlı polis və jandarma bölmələrinə məlumat verilib. Görüntüləri paylaşan şəxsin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını bildirib.
Medianews.az