Türkiyənin Kocaeli vilayətində 48 yaşlı Şerife Soysal təmizliyə getdiyi evin 3-cü mərtəbəsindən yerə yıxılıb.
Medianews.az xəbər verir ki, dəhşətli hadisə ərazidəki təhlükəsizlik kamerasına da əks olunub.
Xəbərdarlıq üzərinə hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib. Təcili yardım tərəfindən aparılan müayinədə Şerife Soysalın öldüyü müəyyən edilib.
Şerife Soysalın meyiti morqa aparılıb. Polis qrupları ərazidə təhlükəsizlik tədbirləri görərkən, hadisənin baş verdiyi eyvan və küçəyə baxış keçirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az