60 yaşlı şəxs anasının pensiyasını almaq üçün 6 il onunla yaşayıb.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, hadisə İtaliyanın Venetto bölgəsində qeydə alınıb.
Belə ki, bir kişi 6 il bundan öncə rəhmətə gedən anasının meyiti ilə eyni evdə yaşayıb. O, rəhmətə gedən anasının təqaüdünü almaq üçün bu addımı atıb.
Bu barədə isə rəsmi orqanlara məlumat verməyib və anasının ölümünü hamıdan gizlədib.
Lakin polislərin evə daxil olması cinayətin ortaya çıxmasına səbəb olub. Ev sahibi evdə olmadığından onu həbs etmək mümkün olmayıb.
Daha sonra o öz istəyi ilə polisə gedərək təslim olaraq törətdiyi cinayəti etiraf edib.
Medianews.az