Yaponiyada baş verən tornado səbəbindən kənd təsərrüfatı sahələrinə ziyan dəyib, təyyarələrin uçuşlarında fasilələr yaranıb.
Medianews.az xəbər verir ki, Yaponiyada vulkanları, təbii isti bulaqları və xizək zonaları ilə tanınan Hokkaydo əyalətinin Tokaçi bölgəsində yerləşən Obihiro şəhərini tornado vurub.
Obihiro hava limanının təxminən 3 kilometr şimalında görülən və həvəskar kameralar tərəfindən qeydə alınan tornado səbəbiylə Obihiro hava limanında planlaşdırılan bəzi reyslərdə qısa müddətli gecikmələr baş verib, kənd təsərrüfatında maddi ziyan meydana gəlib.
Qeyd edək ki, can itkisi və yaralananlar barədə heç bir məlumat verilməyib.
Medianews.az