Yük maşını tunelə daxil olduqdan sonra yanmağa başlayıb.
Medianews.az xəbər verir ki, hadisə İzmir ətraf yolunda yerləşən Bayraklı tunelində baş verib.
Məlumata görə, Bornovadan Karşıyaka istiqamətində hərəkət edən yük maşını naməlum səbəbdən qəflətən yanmağa başlayıb. Hadisə yerinə çoxlu yanğınsöndürən, tibb və polis əməkdaşları göndərilib.
Qısa müddətdə hadisə yerinə çatan yanğınsöndürənlər alovlara müdaxilə edərkən, tuneldə olan və tüstüdən təsirlənən çox sayda vətəndaş polislər tərəfindən ərazidən çıxarılıb. Hadisə yerinə gələn tibb qrupları yaralılara ilkin tibbi yardım göstərib.
Medianews.az