Qadın ondan ayrılmaq istəyən polis sevgilisini başından vuraraq öldürüb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Aksaray bölgəsində baş verib.
Təxminən 1 ildir ki, polis məmuru Abdullah Eroğlu ilə yaşayan Aysel Gökçe polis sevgilisinin ondan ayrılmaq istəməsi səbəbilə aralarında mübahisə başlayıb.
Aksaray İl Təhlükəsizlik Müdirliyinin məmuru Abdullah Əroğlunun təyinatının başqa yerə təyin ediləcəyini və gedəcəyini deməsindən sonra polisin tapançasını götürən gənc qadın onun başına atəş açıb. Hadisədən sonra polis tərəfindən tutularaq nəzarətə alınan və aparılan istintaq çərçivəsində jandarma qruplarına təhvil verilən gənc qadın jandarmada əməliyyatları tamamlandıqdan sonra Aksaray Ədliyyəsinə sövq edilib.
Aysel Gökçe jurnalistlərin “Niyə vurdun?” sualına “O, buna layiq idi” deyərək cavab verib.
Medianews.az