Masaj salonunda dəhşətli cinayət hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Uşak ərazisində yaşanıb.
Salona müştəri kimi gələn 39 yaşlı N.Ö. məkan sahibini bıçaqlayıb, yanındakı dostunu isə tapança ilə başından vuraraq öldürüb.
Məlumata görə, 4 saatlıq xidmət qiymətinin baha olmasına etiraz edən müştəri mübahisə etməyə başlayıb. Daha sonra mübahisə cinayətlə sonlanıb. Cinayətkar törətdiyi əməldən sonra hadisə yerindən qaçaraq uzaqlaşıb.
Əraziyə gələn polisin apardığı istintaq tədbirləri nəticəsində Ö.N gizləndiyi evdən tapılaraq, polis bölməsinə aparılıb.
Qeyd edək ki, başından vurulan şəxs həkimlərin müdaxiləsinə rəğmən dünyasını dəyişib. Məkan sahibinin isə həyati təhlükəsinin olmadığı bildirilib.
Medianews.az