Ankarada bir şəxs keçmiş həyat yoldaşını tapança ilə öldürdükdən sonra eyni silahla özünə atəş açaraq intihar edib.
Medianews.az xəbər verir ki, hadisə axşam saatlarında Keçiören rayonunda meydana gəlib.
Əldə edilən məlumata görə, Volkan K. keçən il boşandığı həyat yoldaşı Ezgi G. ilə naməlum səbəbdən mübahisə etməyə başlayıb.
Mübahisə şiddətlənib və Volkan K. yanındakı tapança ilə Ezgi G.-nin başına atəş açaraq onu öldürüb. Daha sonra o, eyni silahla öz başına atəş açaraq intihar edib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Medianews.az