İsmayıllı sakinlərini ilan sancıb.
Medianews.az xəbər verir ki, Qalagah kənd sakini, 2005-ci il təvəllüdlü Səbuhi Qasım oğlu Əliyev və Girk kənd sakini, 1958-ci il təvəllüdlü Fatma Cəfər qızı Quliyeva həyətdə əkin işləri görərkən ehtiyatsızlıq ediblər. Bu zaman otların arasında olan ilan qəflətən onları sancıb.
Zərərçəkənlər təcili yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.