Yaşlı qadın meşəlik ərazidə itkin düşüb.
Medianews.az xəbər verir ki, Hadisə Türkiyənin Denizli rayonunda baş verib.
Məlumata görə, 75 yaşlı Ayşə K. bazar günü həyat yoldaşı ilə birlikdə meşə yolundan keçən zaman maşından enərək, göbələk toplamaq üçün əraziyə daxil olub. Saatlar sonra ondan xəbər ala bilməyən əri aidiyyatı qurumlara xəbər verib.
AFAD və jandarma qrupları iki gündür ərazidə axtarış aparır. Doronla havadan edilən axtarışlara baxmayaraq, Ayşe K.-nın izinə rast gəlinməyib. Yağış səbəbindən axtarış işləri dayandırılıb.
Bildirilib ki, yaşlı qadının axtarışları yenidən davam etdiriləcək.
Medianews.az