Çin ABŞ-nin təklif etdiyi hər iki ölkənin müdafiə nazirlərinin Sinqapurda keçiriləcək sammitdə görüşməsini rədd edib.
Medianews.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder məlumat verib.
O, qeyd edib ki, ÇXR Birləşmiş Ştatlara mayın əvvəlində müdafiə naziri Lloyd Ostin ilə bu həftə Sinqapurda ÇXR Milli Müdafiə Naziri Li Şanqfu ilə görüşmək dəvətimizi rədd etdikləri barədə məlumat verib.
Digər tərəfdən, ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi vurğulayıb ki, ÇXR ABŞ Müdafiə naziri, Baş Qərargah rəisi və ya nazirliyin digər rəsmilərinin kommunikasiya dəvətlərini rədd etməsi ilk deyil.
Medianews.az