Yaşlı kişi elektrikli velosipedin aşması nəticəsində dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Kütahya bölgəsində yaşanıb.
90 yaşlı Mahmut Uzdaşın istifadə etdiyi elektrikli velosiped Mecidiye Məhəlləsində enişdə idarəetmədən çıxaraq aşıb.
Hadisə yerinə tibb və polis əməkdaşları sövq edilib. Onlar sürücünün hadisə yerində öldüyünü müəyyən ediblər.
Mərhumun yaralanan həyat yoldaşı Xədicə Uzdaş isə Təcili Yardım vasitəsilə xəstəxanaya aparılıb.
Medianews.az