Otellər məşhurların fanatlarının və paparassilərin onları təqib etməsinin qarşısını almaq üçün otaq bron edərkən ləqəblərdən istifadə etməsinə artıq vərdiş edib. Ən məşhur nümunələr arasında Beyons – İnqrid Ceksona, Bred Pitt – Bryce Pilafa, Cennifer Aniston isə Miss Smithə üstünlük verib.
Medianews.az xəbər verir ki, həftə sonu Edinburqdakı beşulduzlu Kaledoniya otelində qalarkən solo karyerası ilə məşğul olan keçmiş One Direction ulduzu Harri Stylesin istifadə etdiyi ad işçilər arasında gülüşə səbəb olub.
Styles “qəfil, gözlənilməz” mənasını verən Oliver Sudden adı ilə rezervasiya edib. Bu ad “The X Factor” realiti-şousunda məşhurlaşan Styles-ın həyatının bir gecədə necə dəyişdiyinə işarə kimi də qəbul edilə bilər.
Yaxud o, pərəstişkarlarını çaşdırmaq üçün bunu etmiş ola bilər, çünki oxşar isimdə Cənubi Londonda yaşayan Oliver Sudden adlı reper də var.
Müğənninin S-Class Mercedes markalı avtomobili ilə şəhəri gəzərkən otelə girib-çıxmaq üçün gizli arxa girişdən istifadə etdiyi bildirilir.
Qeyd edək ki, Styles, Love On Tour çərçivəsində Murrayfield stadionunda iki konserti üçün Caledonian-da gecəlik 3000 funt-sterlinq dəyərində bir otaqda qalır.
Medianews.az