Tanınmış aparıcı Lalə Azərtaş “Heydər Əliyev ili”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibi olub.
Medianews.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat verib.
Aparıcının sədri olduğu “Cəmiyyətin və Medianın İnkişafı” ictimai birliyinin “Heydər Əliyevin siyasi irsinin təbliği” layihəsinə 15 min manat vəsait ayrılıb.