ABŞ-da bir evdən gələn yüksək səs şikayətindən sonra bölgəyə gələn polis qrupları mənzilin qarşısında körpənin ağlama səsləri eşidib.
Medianews.az xəbər verir ki, zorla içəri girən polislər 26 yaşlı qadın müəllimin və sevgilisinin öldüyünü müəyyən edib.
Hadisə zamanı adı hələlik açıqlanmayan şəxsin ilk öncə müəllimi öldürdüyü, daha sonra eyni silahla özünə qəsd etdiyi məlum olub.
Sözügedən dəhşətli hadisə ABŞ-ın Florida ştatında baş verib. Orta məktəbdə işləyən 26 yaşlı qadın müəllim Amanda Hiks və onun sevgilisinin qaldığı mənzildən səslər yüksəlməyə başlayıb. Müəllimin yaşadığı mənzildən gələn körpənin ağlama səsləri qonşuları narahat edib. Sakinlərin çağırışı ilə saat 11.45 radələrində hadisə yerinə gələn polis qrupları evin qapısını döysələr də, heç kim açmayıb. Evə daxil olan polislər yerdə hərəkətsiz vəziyyətdə iki nəfəri aşkar ediblər.
Hadisəni araşdıran müstəntiqlər naməlum şəxsin qadın müəllimi öldürdükdən sonra özünü öldürdüyünü təsdiqləyib.
Medianews.az