28 may Respublika Günü , “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzində, Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır-2022” fərdi qrant müsabiqəsinin qalibi, “Dəstəkçi” -Sosial Sahibkarlıq Platformasının sosial və sosial sahibkarlıq layihələri, sosial startap, QHT və VCT təşkilatları və cəmiyyətin inkişafına töhfə verəcək ideyası olan müxtəlif təşəbbüs qrup və gənclər üçün resurs hub rolunu oynayacaq, yeni qurulan Destekchi.org rəqəmsal platformasının təqdimat mərasimi həyata keçirilib.
Təqdimat mərasimində sosial sahibkarlar, Qeyri-Hökümət və Vətəndaş Cəmiyyəti Təşkilatları üzvləri, özəl sektor şirkətlərinin nümayəndələri və müxtəlif sosial və ekoloji problemlərin həllinə maraqlı, təşəbbüskar gənclər iştirak edib.
Təqdimat mərasimində Dəstəkçi platformasının təsisçisi və layihə rəhbəri Etibar Xıdırov tərəfindən qonaqlara platfromanın müxtəlif sosial və ekoloji missiyası olan layihərə, startap və təşkilatlara necə dəstək olacağı, platforma vasitəsilə hansı resursların cəlb edilməsinin mümkünlüyü və ümumilikdə platformanın cəmiyyətin inkişafına necə töhfə verə biləcəyindən söz açılıb.
Dəstəkçi – resurslara ehtiyacı olan və cəmiyyətə faydalı bir təşəbbüsü olan şəxs, təşkilat və təşəbbüs qruplarını və onların bu ehtiyaclarını qarşılayacaq dəstəkçiləri (fiziki şəxslər, şirkətlər, təşkilatlar) onlayn platforma vasitəsilə bir araya gətirən sosial sahibkarlıq platformasıdır.
Adına DƏSTƏKÇİ dediyimiz bu rəqəmsal platforma insanların ehtiyac duyduqları zaman dəstək tapmalarına və bacardıqları zaman kömək edə biləcəkləri yerləri və şəxsləri tapmasında dəstək göstərən onlayn məkan olacaq.
Platformada həmçinin Şirkətləri müxtəlif sosial və ekoloji layihə, QHT və VCT təşkilatları ilə əlaqələndirərək Şirkətlərlə Vətəndaş cəmiyyəti arasında əlaqələrin daha da gücləndirilməsi və KSM fəaliyyətlərinin effektivliyini daha da artırmaq məqsədi qarşıya qoyulub .
Platformadan müxtəlif təşəbbüs qrupları, QHT-lər, şirkətlər, sosial faəiyyət göstərən təşkilat və layihələr, sosial sahibkarlıq müəsisələri, fərdi şəxslər öz ehtiyaclarını qarşılaya və bir -birinə dəstək göstərə biləcəklər.
Destekchi.org – rəqəmsal platforması Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır-2022” fərdi qrant layihəsinin qalibi olmuş və Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmışdır.