Hindistanın Dehli şəhərində dəhşətli qətl hadisəsi törədilib.
Medianews.az xəbər verir ki, 20 yaşlı gənc 16 yaşlı sevgilisini hər kəsin gözü qarşısında dəfələrlə bıçaqlayıb.
Sonra başını daşla əzib. Dəhşətli hadisənin baş verdiyi küçədən keçən bir çox insanın hücumu sadəcə seyr etməsi də diqqətdən yayınmayıb.
Sosial şəbəkələrdə yayılan qətlin görüntüləri Hindistanda böyük hiddətə səbəb olub. Polis rəsmiləri bildiriblər ki, cütlük bazar günü baş verən hadisə zamanı mübahisə ediblər.
Medianews.az