Cənubi Koreyada uçuş zamanı təyyarənin təcili çıxış qapısını açan sərnişin təhlükəsiz yerə endikdən sonra polis tərəfindən saxlanılıb.
Medianews.az xəbər verir ki, 194 sərnişinin həyatını təhlükəyə atan şəxsin polisə verdiyi açıqlama hər kəsi şoka salıb.
Saxlanılan şəxs hava çatışmazlığına görə təyyarədən tez enməyə çalışdığını, ona görə qapını açdığını deyib.
Son məlumatlara görə, təyyarədə olan 194 sərnişindən 12-si yüngül xəsarət alıb. Adı açıqlanmayan şəxs təqsirli bilinərsə, 10 ilə qədər həbs cəzası ala bilər.
Medianews.az