29 may tarixində başlayacaq və 4 iyuna qədər davam edəcək Taekvondo üzrə Dünya Çempionatı yarışları üçün ilk püşkatma təşkil olunub. Nəticəyə əsasən millimizin üzvü Cavad Ağayev 68 kq çəki dərəcəsində Solomon Tefera (Efiopiya) – Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionatın ilk günü kişilər 68 kq çəki dərəcəsində, qadınlar isə 57 kq çəki dərəcəsində mübarizə aparacaq. Çəkilər üzrə kişilərin yarışında 68 kq-da 87, qadınların 57 kq-da 59 idmançı yarışacaq.
Xatırladaq ki, 29 may-04 iyunda Bakıda düzənlənən sayca 26-cı Dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.