Cümə, 29 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Paytaxt sakinlərini gözləyən təhlükə: Cavabdeh kimdir? – ARAŞDIRMA

Aytac
28/05/2023 12:50
140
BAXIŞ
FacebookTwitterTelegram

Bakı şəhərinin əksər ünvanlarında çoxmərtəbəli binaların fasadına, eyvanların kandarına vurulan daş üzlüklər, aqlay tikinti materialları insanlar üçün əsl təhlükə mənbəyinə çevrilib. Bəzi binalarda aqlaylar keyfiyyətsiz vurulduğu üçün qoparaq yerə tökülür. Bu zaman həmin ərazidə hərəkətdə olan vətəndaşların, nəqliyyat vasitələrinin zərər görməsi, hər hansı xoşagəlməz hadisənin yaşanması qaçılmazdır. Bəs bu vəziyyətə görə kimlər günahkardır? Ümumiyyətlə, tarixi memarlıq abidəsi sayılan binaların fasadına daş üzlüklərin, aqlayın vurulması düzgündürmü?

“Kaspi” qəzetində mövzu ilə bağlı məqalə çap olunub.

Memar, professor Elçin Əliyev “Kaspi” qəzetinə bildirib ki, hər 5-10 ildən bir tarixi binalarda monitorinq keçirilməli, zərurət varsa kiçik təmir işləri aparılmalıdır. Uzun müddət belə halların müşahidə edilmədiyini diqqətə çatdıran memarın sözlərinə görə, yalnız son illərdə Bakı şəhərinin mərkəzində bu istiqamətdə layihələr icra olunmağa başlanılıb: “Biz görürük ki, tarixi binalarda kiçik təmir işləri aparılır, fasadları təmizlənir və sair. Amma 100-150 il bundan öncə tikilmiş binalara sovetlər birliyi dövründə, 70 ilə yaxın müddətdə hər hansı qulluq edilməyib. Buna görə həmin binaların fasadları, orada istifadə olunan materiallar yararsız vəziyyətə düşüb. Onların hamısı dövlət tərəfindən təmir olunmalıdır. Bu, böyük bir işdir. İkinci mühüm məsələ və problem XIX əsrin, 1920-ci illərin, Stalin dövrünün memarlıq abidələrinin yenidən daşlarla üzlənməsidir. Bu, qətiyyən düzgün deyil. Memarlıq abidəsinin fasadını dəyişmək olmaz. Paytaxtın Şeyx Şamil küçəsində XIX əsrə aid 2-3 mərtəbəli çox gözəl binalar var idi. 10 il öncə o binaların fasadını çox kobud şəkildə daşla yenidən üzləyiblər. Vaqif prospektində Stalin dövrünə aid çox gözəl memarlıq nümunəsini də eyni qaydada üzləyiblər. İstiqlaliyyət prospektində şəhər meriyası ilə üzbəüz Müqəddəs Nina Məktəbinin binası. Memarlıq nümunələrinə bu cür münasibət yolverilməzdir”.

Professor təəssüflə vurğulayıb ki, tarixi-memarlıq nümunəsi olan binalara qarşı cinayət əməlinə yol verənlərdən kimsə indiyə qədər məsuliyyətə cəlb olunmayıb: “10-15 il bundan öncə bu işləri kobud və keyfiyyətsiz şəkildə, tələsik, elə həyata keçiriblər ki, binaların fasadına vurulan həmin o daşlar indi camaatın başına tökülür. Bir neçə ay öncə Akademik Zərifə Əliyeva və Bülbül prospektlərinin kəsişməsindəki XIX əsrə aid 3-4 mərtəbəli yaşayış binasının fasadından qopan isti aqlay daş, yaxud onu əvəz edən material, betonla bərkidilmiş bir hissə eyvandan qopub hərəkətdə olan insanın belinə düşdü, onun sağlamlığına çox ciddi ziyan vurdu. Bu, fasada inşaat materialını keyfiyyətsiz, səliqəsiz, kobud şəkildə vuranın günahıdır,  məsuliyyətidir. Belə hallar Bakıda birinci dəfə deyil yaşanır. Təəssüf doğuran digər hal budur ki, yaşanan belə xoşagəlməz hadisələrə görə indiyə qədər heç kim məsuliyyətə cəlb olunmayıb. Halbuki cinayət göz qabağındadır. Bu yanaşma aradan qaldırılmasa, gələcəkdə də oxşar problemləri yaşayacağıq”.

 

Vəkil Rəşad Əliyev mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, əgər binanın fasadından, eyvanın kandarından hər hansı inşaat materialı qopub vətəndaşa xəsarət yetirərsə, yaxud nəqliyyat vasitəsinin üstünə düşüb şəxsi əmlaka ziyan vurarsa, ilkin olaraq baş vermiş hadisədə kimin günahkar olması ilə bağlı araşdırma aparılmalıdır. Vəkilin sözlərinə görə, həmin araşdırma nəticəsində dəymiş zərərin, maddi ziyanın kim tərəfindən vurulduğu müəyyən olunmalıdır: “Bundan sonra həmin fiziki və ya hüquqi şəxs baş vermiş hadisəyə görə məsuliyyət daşıyır. Misal üçün, aqlay hansısa avtomobilin üzərinə düşüb onu zədələyirsə, maddi ziyan vurursa, Mülki Məcəlləyə görə bu halda mülki hüquq pozuntusu yaranır. Bunun nəticəsində ziyan vurmaqda təqsirli bilinən tərəf məsuliyyət daşıyır. Zərərçəkənə birbaşa ziyan və zərər vurulması əməlinə, hərəkətinə görə qanun çərçivəsində tədbir görülür. Yəni, aydın olsa ki, binada fasad işi görən hüquqi, fiziki şəxs aqlayı norma və standartlara uyğun vurmayıb, bu halda işi görən məsuliyyət daşıyacaq. Yox, əgər mənzil sahibinin özü tərəfindən təmir işləri aparılıbsa, fasada və balkona aqlay vurulubsa, belə olan halda baş vermiş xoşagəlməz hadisəyə görə mənzil sahibi məsuliyyət daşıyır”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də mövqeyini öyrənmək istədik. Lakin hər iki quruma sual ünvanlasaq da cavab ala bilmədik.

Tags: Bakı Təhlükə Bina

DAHA ÇOX OXU

Cəmiyyət

Gülnarə Xəlilovanın kolleksiyaları Özbəkistan və Qazaxıstanda

29/09/2023 17:37
Cəmiyyət

BMT missiyası Qarabağa səfər edəcək – YAXIN GÜNLƏRDƏ..

29/09/2023 17:19
Cəmiyyət

Beynəlxalq forumda ölkəmizi BU ŞƏXS TƏMSİL EDƏCƏK

29/09/2023 17:02
export

Yağlı əti sevənlər üçün təhlükə – Sizi bu xəstəliklər gözləyir

29/09/2023 16:47
1-MANŞET

“Seçim Ermənistanındır” – İlham Əliyev

29/09/2023 16:26
1-MANŞET

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10

Xəbər lenti

Gülnarə Xəlilovanın kolleksiyaları Özbəkistan və Qazaxıstanda

29/09/2023 17:37

BMT missiyası Qarabağa səfər edəcək – YAXIN GÜNLƏRDƏ..

29/09/2023 17:19

Beynəlxalq forumda ölkəmizi BU ŞƏXS TƏMSİL EDƏCƏK

29/09/2023 17:02

Yağlı əti sevənlər üçün təhlükə – Sizi bu xəstəliklər gözləyir

29/09/2023 16:47

“Seçim Ermənistanındır” – İlham Əliyev

29/09/2023 16:26

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10

Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları NƏZARƏT EDİR

29/09/2023 15:55

Oktyabrda hava necə olacaq?

29/09/2023 15:37

Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün…

29/09/2023 15:14

“Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq”

29/09/2023 15:09

Xankəndi yaxınlığındakı partlayışda ölənlərin sayı 170 nəfərə çatıb

29/09/2023 15:02

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət etdi

29/09/2023 14:50

Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar

29/09/2023 14:41

“Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”

29/09/2023 14:24

İlon Mask Bakıya gəlməkdən imtina etdi

29/09/2023 14:14

Şəhidlərimizə görə toyların keçirilməsinə qadağa qoyula bilər?

29/09/2023 14:04

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29/09/2023 14:02

İlham Əliyev: “Bərpa işlərinə 7 milyard dollar sərf edilib”

29/09/2023 13:57

Polislərimiz Xankəndidəki “məşhur” abidənin önündə – VİDEO

29/09/2023 13:56

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

29/09/2023 13:53

Azərbaycan Prezidenti və birinci xanım Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

29/09/2023 13:51

Namiq Qaraçuxurlu həbs edilib? – FOTO

29/09/2023 13:48

Aynurdan vəfat edən atası və bacısı ilə bağlı paylaşım

29/09/2023 13:46

“İnstagram” hesabı ələ keçirilən məşhur fenomen xəstəxanalıq oldu – VİDEO

29/09/2023 13:40

Yaşar Gülər Ermənistana XƏBƏRDARLIQ ETDİ

29/09/2023 13:30

Gülnarə Kərimova ilə bağlı yeni ŞOK MƏLUMATLAR – Bu cinayət təşkilatını idarə edirmiş

29/09/2023 13:27

Qadın yazıçı keçmiş ərini bıçaqlayaraq öldürdü – FOTOLAR

29/09/2023 13:15

Təcili Tibbi Yardım Stansiyası niyə ləğv olunur? – RƏSMİ AÇIQLAMA

29/09/2023 13:10

Yağış metro stansiyasını gölə çevirdi – ANBAAN VİDEO

29/09/2023 13:07

3 günlük körpəni xəstəxanadan qaçıran qadın belə tutuldu – VİDEO

29/09/2023 13:00

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.