Türkiyənin Kocaeli vilayətində “Hyundai” zavodunda transformatorda yanğın baş verib.
Medianews.az xəbər verir ki, alovlar şiddətləndiyi zaman fabrikdə istehsal dayanıb.
Yanğın zamanı işçilər özünü zorla çölə atmağı bacarıblar. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis göndərilib. Qısa müddətdə hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürmək üçün işə başlayıb. Yanğın qrupların gərgin işi nəticəsində söndürülüb.
Hadisə ilə bağlı araşdırmalar başlayıb.
Medianews.az