Ötən gün Alla Puqaçova İstradakı məşhur daçasına olan borcuna görə yenidən məhkəməyə cəlb edilib.
Medianews.az xəbər verir ki, Moskva vilayətinin Berejki kəndində 1990-cı illərdən bəri sahib olduğu daşınmaz əmlak üçün Primadonna ödəniş etməyib. Məsələ belədir ki, torpağın bir hissəsi, yəni sahil zolağının bir hissəsi (dacha AB-nin öz körpüsü və suya çəpərlənmiş enişi var), məşhur sahibə bir vaxtlar yerli hakimiyyət orqanlarından icarəyə götürülübmüş. Qanuna görə, sahili geri qaytarmaq mümkün deyil, çünki bura ictimai ərazilərə aiddir. Bunun üçün ifaçı ödəniş etməli olduğu halda etməyib. Məhkəmə onun əmlaklarına satışı ilə bağlı qadağa qoyub. Qərara əsasən həmin əmlaklar satıla bilməz.