Avstriyanın Vyana Universiteti tərəfindən aparılan bir araşdırma, fransız rəssamı Klod Monenin “Su zanbaqları” rəsminin insanların psixi sağlamlığına yaxşı təsir göstərdiyini nəticəsinə gəlib.
Medianews.az bildirir ki, Vyana Universiteti tərəfindən aparılan araşdırmada Monenin İngiltərədəki “Su zanbaqları” tablosu smartfon, noutbuk və masaüstü kompüter vasitəsilə 240 nəfərlik bir qrupa nümayiş etdirilib.
Tədqiqatda iştirakçılar rəsm nümayişindən əvvəl və sonra əhval-ruhiyyələri ilə bağlı anket doldurublar. Buna görə də sözügedən tablonu 2 dəqiqə kimi qısa müddət ərzində onlayn görmənin belə insanların əhval-ruhiyyəsini yaxşılaşdırdığı müşahidə edilib.
Vyana Universitetinin Psixologiya Departamentindən MacKenzie Trupp, araşdırmanın nəticələrinin bundan sonra evdə qalmaq mənasını vermədiyini, muzeylərə gedə bilməyən insanların rəqəmsal mühitdə əslində sənətdən faydalana biləcəyini söyləyib.
Trupp, əhvalın yaxşılaşmasını aydın görmək üçün kompüterlər kimi böyük ekranların daha faydalı ola biləcəyini ifadə edib.
Araşdırmanın nəticələri “Computers in Human Behavior” jurnalında dərc olunub.
Fransız rəssamı Klod Mone 43 yaşında Giverni qəsəbəsində məskunlaşaraq 7 ildə kirayəçi kimi girdiyi evi satın alır və kifayət qədər maddi imkanı olanda onun qarşısında xəyal etdiyi bağı düzəldir. Monenin 1914-1917-ci illər arasında Givernidəki bağından ilhamlanaraq çəkdiyi “Nympheas en Fleur” (Çiçəklənən Su Zanbaqları) tablosu 2018-ci ilin may ayında Nyu Yorkda keçirilən hərracda 84,6 milyon dollara satılıb.
Monenin rəsmləri “İmpressionizm” hərəkatının ən məşhur əsərləri kimi tanınır.
Medianews.az