Britaniyada toy zamanı arvadının xəyanətindən xəbər tutan bəy onu ictimaiyyət qarşısında alçaldıb.
Medianews.az xəbər verir ki, Britaniyada kürəkən sevgilisinin xəyanətindən toydan əvvəl xəbər tutsa da toydan imtina etməyib. Toy zamanı sevgilisinin xəyanətini sübut edən açıqcanı bütün qohumlarına təqdim edib. Bu barədə “The Unfiltered Bride” podkastının aparıcısı və təşkilatçısı Georgie Mitchell yazıb.
Bəy nişanlısının dostu ilə görüşməyə başladığını öyrənib. Lakin o, nişanını dayandırmayıb və evlilik hazırlığını davam etdirib. Toyunda bəy danışmaq istədiyini bildirib və nişanlısı üçün sürpriz hazırladığını deyib.
“Mən çıxışıma başlamazdan əvvəl onu deyim ki, indi sizə zərflər təqdim ediləcək. Xahiş edirəm onu açın. Zərflərdə nişanlımın başqa bir kişi ilə münasibətini sübut edən fotolar var”- deyərək qohumları ilə məkanı tərk edib.
Medianews.az