Rusiyanın muzdlu qruplaşması “Vaqner” Ukraynada həyatını itirən iki ABŞ və Türkiyə vətəndaşının cəsədini ölkələrinə göndərdiyini açıqlayıb.
Medianews.az xarici mediaya istinadla bildirir ki, “Vaqner”in lideri Priqozin Türkiyə bayrağına bükülmüş tabutun qarşısında çəkilmiş fotosunu paylaşıb.
Vaqnerin təsisçisi Yevgeni Priqozin deyib: “Biz amerikalı və türk cəsədlərini məhbuslarla birlikdə geri göndəririk”.
Priqozin ABŞ vətəndaşının Bəhmutda döyüşərkən həlak olduğunu, Türkiyə vətəndaşının isə Ukrayna qüvvələri tərəfindən vurulan binanın dağıntıları altından Türkiyə vətəndaşı olan qadınla birlikdə tapıldığını, lakin qadının meyitini çıxarmaq mümkün olmadığını bildirib.
Vaqner bildirib ki, ölən ABŞ vətəndaşı ABŞ Xüsusi Hərbi Hava Qüvvələrinin keçmiş əsgəri Nikolas Maymerdir.
Medianews.az