Ekoloji cəhətdən ən təmiz çimərliklərə malik üç ölkənin adı açıqlanıb.
Medianews.az xəbər verir ki, İspaniya ekoloji cəhətdən ən təmiz çimərliklərə malik ölkəyə çevrilib. Yunanıstan bu reytinqdə ikinci, Türkiyə isə üçüncü yeri tutub. İlk 5-likdə İtaliya və Fransa da var.
Qeyd edək ki, “Mavi bayraq” (Blue Flag) standardlarında ekoloji təmizliyin əlaməti olduğu dəqiqləşdirilir. Bu standartlara uyğun olaraq ümumilikdə 551 çimərlik, 23 yaxta marinası, 41 turist kateri və 10 şəxsi yaxta ilin “ən yaxşıları” elan edilib.
Medianews.az